15 
Apr
2019
14:24
34
482
7878
Virtual karabakh

Moskvada Qarabağ müzakirəsi: görüş başa çatdı - YENİLƏNİB + FOTO

15 Apr, 2019
14:24
7878

Moskvada Qarabağ müzakirəsi: görüş başa çatdı - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada keçirilən görüşü başa çatıb.

13:59

Hazırda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə davam edir.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib. 

12:46

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib. 

09:21

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və ermənistanlı həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı perspektivlər müzakirə olunacaq.

Bu barədə TASS məlumat yayıb.

Müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyi bildirilir. Ali diplomatların görüşünə ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) də qoşulacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri