15 
Apr
2019
12:38
165
61
1543
Virtual karabakh

Baş nazir: Ermənistan narkotacirlər üçün şərait yaradır

15 Apr, 2019
12:38
1543

Baş nazir: Ermənistan narkotacirlər üçün şərait yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan işğal altındakı torpaqlarda və hərbi münaqişə zonalarında narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradır. 

Bu fikirləri Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxış edən baş nazir Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycan da belə bir problemlə üzləşib. 

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də, narkotrafikə və digər cinayət hallarına şərait yaradır.

Bu, narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə də gətirib çıxarır. Bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır”.

Baş nazir qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri