16 
Apr
2019
11:39
16
234
3860
Virtual karabakh

Deputatlar 17 məsələyə baxacaqlar

16 Apr, 2019
11:39
3860

Deputatlar 17 məsələyə baxacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) gələn həftə keçiriləcək iclasının gündəliyi məlum olub.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, aprelin 23-də keçiriləcək iclasın gündəliyinə ilkin olaraq 17 məsələ daxil edilib.

Gündəlikdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi var.

Qeyd edək ki, Yayım Şurasının boş qalmış üç yerinə beş nəfərin namizədliyi irəli sürülüb.

Bunlar idman federasiyaları tərəfindən namizədlikləri irəli sürülən Yusif Babanlı ilə Orxan Muxtarov, dini konfessiyalardan namizədliyi verilən Salman Musayev və  yaradıcılıq təşkilatlarından namizədlikləri təklif edilən Zemfira Qafarova ilə Cəmilə Həsənovadır.

İclasda müzakirəsi nəzərdə tutulan məsələlər arasında Gənclər Fondunun illik hesabatı, həmçinin, bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri var.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri