16 
Apr
2019
17:04
225
89
4351
Virtual karabakh

Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı

16 Apr, 2019
17:04
4351

Prezident yol tikintisinə 6,8 milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri