16 
Apr
2019
23:06
89
157
1999
Virtual karabakh

Polşa SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir -YENİLƏNİB

16 Apr, 2019
23:06
1999

Polşa SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir -YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən E.Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd edib.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

22:50

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində aprelin 16-da bu ölkənin Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Seymin marşalı 2017-ci ilin aprel ayında Azərbaycanın xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırlayıb, belə səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edib. İki ölkə arasındakı əməkdaşlığın parlament ölçüsünün əhəmiyyətindən bəhs edən marşal hər iki ölkədə parlament dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayaraq, bu qrupların mütəmadi görüşlərinin keçirilməsinin mövcud əlaqələrin daha da irəli aparılması baxımından vacib olduğunu qeyd edib.

Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Azərbaycan Milli Məclisinin sədrinin salamlarını Marek Kuxçinskiyə çatdırıb. Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.

Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Polşanın Aİ-yə üzv ölkələr arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.

Seymin marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.

Nazir bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı marşalı məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğunu vurğulayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalını Azərbaycana səfərə dəvət edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri