17 
Apr
2019
12:15
165
28
2671
Virtual karabakh

Polşada AXC-nin xatirə lövhəsi: nazirlər açılışda - FOTO

17 Apr, 2019
12:15
2671

Polşada AXC-nin xatirə lövhəsi: nazirlər açılışda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşaya rəsmi səfəri çərçivəsində xarici işlər nazir Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı mərasimində iştirak edib. 

Bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Tədbirdə Polşanın xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.

Mərasimdə çıxış edən E.Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, Azərbaycanın Polşadakı səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. 

Bu xüsusda, E.Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq, Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. O, 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bu gün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib.

Polşa xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri