17 
Apr
2019
16:28
13
199
3175
Virtual karabakh

Rəsmi Yerevan danışıqlarda nəyə nail olmağa çalışır? - Nazirlərin görüşünə şərh

17 Apr, 2019
16:28
3175

Rəsmi Yerevan danışıqlarda nəyə nail olmağa çalışır? - Nazirlərin görüşünə şərh

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Yerevan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin.

Oxu.Az xəbər verir ki, bunu politoloq, millət vəkili Elman Nəsirov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin son Moskva görüşünü şərh edərkən bildirib.

“Bütövlükdə bu danışıqlarda dörd məsələnin müzakirə edildiyi faktı bəlli oldu. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dilə gətirdi”, - deyən politoloqun sözlərinə görə, nazirlərin görüşündə Azərbaycan tərəfdən iki məsələ - Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi gündəmə gətirilib.

“Ermənistan tərəfi isə status və təhlükəsizlik məsələsini önə çəkib. Rəsmi Yerevan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın.

Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək ilk növbədə işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir. Bu məsələlərlə bağlı hələlik razılaşma yoxdur.

Bu görüşə humanitar xarakterli məsələlər ətrafında müəyyən razılaşmalar əldə edilməsi kimi qiymət vermək mümkündür”, - deyə politoloq əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri