17 
Apr
2019
15:16
30
151
1487
Virtual karabakh

Məmmədyarov Polşada Qarabağdan danışdı - FOTO

17 Apr, 2019
15:16
1487

Məmmədyarov Polşada Qarabağdan danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Yaçek Çaputoviçlə görüşüb.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

E.Məmmədyarovla polşalı nazir arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Öncə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini diqqətə çatdırıb.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının zəruriliyini vurğulayan nazir Elmar Məmmədyarov Polşanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə həmkarına təşəkkürünü bildirib.

Y.Çaputoviç iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, Polşanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığını dəstəklədiyini vurğulayaraq ölkəsinin Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafında maraqlı olduğunu xüsusilə vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri