17 
Apr
2019
16:07
260
129
15666
Virtual karabakh

Prezidentdən icra başçısı ilə bağlı - SƏRƏNCAM

17 Apr, 2019
16:07
15666

Prezidentdən icra başçısı ilə bağlı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Vidadi İsa oğlu İsayevi ordenlə təltif edib. 

Prezidentin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə V.İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub.

2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezidentin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə “Əmək” ordeni ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri