17 
Apr
2019
23:28
181
54
2348
Virtual karabakh

Bakı və Qdansk dəniz limanları arasında əməkdaşlıq qurulacaq - YENİLƏNİB

17 Apr, 2019
23:28
2348

Bakı və Qdansk dəniz limanları arasında əməkdaşlıq qurulacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçik ilə görüşüb.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir Marek Qrobarçik Polşa Limanlarının fəaliyyəti haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələləri haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırdı. Həmçinin Nazir Bakı Beynəlxalq dəniz Ticarəti Limanı ilə Qdansk dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd etdi.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğuladı. Nazir M.Qrobarçik ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında tranzit və inter modal daşımaçılıq məsələləri haqqında müzakirələr aparılırdı.

Nazir Elmar Məmmədyarov M.Qrobarçiki Azərbaycana səfər etməyə dəvət etdi.

20:16

Polşaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşa Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşiştof Şçerski ilə görüş keçirib.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı K.Şçerski iki ölkə arasında olan siyasi münasibətlərin əhəmiyyətini, onların strateji xarakter daşıdığını vurğulayıb. O, Polşa tərəfinin bu əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməmək niyyətində olduğunu bildirib. Bu xüsusda, Polşanın mərhum prezidenti Lex Kaçinskinin dövründə ikitərəfli əlaqələrin çox yüksək səviyyədə inkişaf etdiyi yada salınıb və əlavə edilib ki, Polşa tərəfi bu münasibətlərin yenidən həmin səviyyəyə qaldırılması arzusundadır.

E.Məmmədyarov Polşaya səfəri zamanı keçirdiyi görüşlərdən bəhs edərək, iqtisadi əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat və digər sahələrdə mövcud perspektivlərin müzakirə edildiyini bildirib.

Eyni zamanda, nazir K.Şçerskiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib və Polşa tərəfinə Azərbaycanın ərazi bütövlüyü, süverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklidiyinə görə təşəkkür bildirib.

Söhbət əsnasında Polşa tərəfi bir daha Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri və Avropa İttifaqı tərəfindən bu proqramın inkişaf etdirilməsinə daha güclü dəstəyin göstərilməsi ətrafında fikir mübadiləsi aparıb.

Sonra tərəflər Şərqi Avropa məkanında olan vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

 

 

 

 

 

 


 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri