19 
Apr
2019
18:01
16
148
1934
Virtual karabakh

Rusiyalı deputat: Nazirlərin görüşü “təmkinli nikbinlik” üçün əsas verir

19 Apr, 2019
18:01
1934

Rusiyalı deputat: Nazirlərin görüşü “təmkinli nikbinlik” üçün əsas verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı bu yaxınlarda Moskvada keçirilmiş Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü problemin həllində “təmkinli nikbinlik” üçün əsas verir.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov söyləyib.

“Sakitlik, soyuqqanlılıq və müəyyən məxfilik tələb edən çox həssas mövzu müzakirə olunurdu. Lakin mövcud olan rəylər deməyə əsas verir ki, bir neçə ağır, mübahisəli məsələlərin nizama salınmasında təmkinli nikbinlik hiss edə bilərik. Rusiya bu məsələnin həllində çox maraqlıdır”, -deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri