22 
Apr
2019
18:11
99
361
1839
Virtual karabakh

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

22 Apr, 2019
18:11
1839

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, qərar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq qəbul olunub. 

Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Qeyd edək ki, BMT QAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri