24 
Apr
2019
18:02
321
55
1315
Virtual karabakh

Əli Əhmədov: “Erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur

Yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir. Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir.

Oxu.Az xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbirdə Baş nazirin müavini, adıçəkilən partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, qondarma “erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur:

“Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır.

Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi məqsədi güdür”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, qondarma “erməni soyqırımı”nın dünyaya yayılmasına cəhd göstərilməsi tarixə qarşı ədalətsizlikdir:

“Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində, dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır.

Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri