May
2019
14:42
422
70
4301
Virtual karabakh

Putin Azərbaycan xalqını təbrik edib

8 May, 2019
14:42
4301

Putin Azərbaycan xalqını təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycan vətəndaşlarını təbrik edib.

Oxu.Az xəbər verir ki, V.Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də, tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb.

Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri