14 
May
2019
13:19
79
45
2270
Virtual karabakh

Baş nazirin müavini: Aİ ilə imzalanacaq sazişlə bağlı işlər aparılır

14 May, 2019
13:19
2270

Baş nazirin müavini: Aİ ilə imzalanacaq sazişlə bağlı işlər aparılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq edir. Azərbaycan bu əməkdaşlığa önəm verir.

Oxu.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müzakirə olunan bir sıra məsələlər var və bunlar intensiv şəkildə müzakirə olunur:

“Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın maraqlarının gözlənilməsi üstünlük təşkil edəcək. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Ayrı-ayrı təşkilatlarla, dövlətlərlə əməkdaşlıq edilməsində heç bir problem yoxdur”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın Ermənistandan başqa əməkdaşlıq etməklə bağlı hər hansı problemi yoxdur. 

“Eyni ilə də Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla Azərbaycan əməkdaşlıq etməyə hazırdır. Avropa İttifaqı ilə imzalanacaq sazişlə bağlı işlər aparılır, müzakirələr aparılır. Hər iki tərəf saziş ortaya qoyulanda, saziş də imzalanacaq”, - deyə Baş nazirin müavini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri