17 
May
2019
10:10
253
127
3452
Virtual karabakh

Eldar Əzizov: Prezident tapşırıb ki, əhali ilə görüşlər keçirək

17 May, 2019
10:10
3452

Eldar Əzizov: Prezident tapşırıb ki, əhali ilə görüşlər keçirək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev dövlət qurumları rəhbərlərinə yerlərdə əhali ilə görüşlər keçirmələri ilə bağlı tapşırıq verib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib. 

“Üç-dörd gün öncə Prezident İlham Əliyev məni yanına çağırıb tapşırdı ki, bütün təsərrüfat rəhbərləri ilə birlikdə əhali ilə görüşlər keçirim və sakinləri dinləyim”, - E.Əzizov qeyd edib.

Prezidentin müvafiq tapşırığına uyğun olaraq, Bakı şəhər icra başçısı Binəqədi rayonu Binəqədi qəsəbəsində sakinlərlə görüşüb. Görüşdə dövlət qurumlarının nümayəndələri də iştirak edib, sakinlərin problemləri dinlənilib və lazımi tapşırıqlar verilib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri