17 
May
2019
12:49
126
47
6034
Virtual karabakh

Milli Məclisdə gərginlik - Əsgərov irad bildirdi, deputatlar razılaşmadı

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar arasında gərginlik yaşanıb.

Oxu.Az xəbər verir ki, deputatların “söz davası”na millət vəkili Fazil Mustafanın rüsumlarla bağlı qanun layihəsinin müzakirəsi zamanı digər mövzulara toxunması səbəb olub.

Belə ki, F.Mustafa bir sıra səfirliklərin Azərbaycan vətəndaşlarının Şengen vizası üçün ödədiyi rüsumu mənimsədiyini bildirib. O, bu sahədə boşluqların doldurulmalı olduğunu vurğulayıb.
Bundan başqa, o, hava limanlarına giriş üçün taksi sürücülərinin ödədiyi rüsumdan da danışıb.

Deyib ki, vətəndaşlar məcburiyyət qarşısında aeroporta taksi ilə gedir, bir taksi isə 10 dəqiqəlik giriş üçün hava limanına pul ödəyir. Deputat bu rüsumun ləğv olunmalı olduğuna diqqət çəkib.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə millət vəkil vəkilinə irad bildirib:

“Fazil müəllim, dediklərinizin müzakirə olunan məsələyə nə dəxli var axı?! Bu fikirlərinizi “Facebook”da, “Twitter”də mediada deyə bilərsiniz. Axı bu məsələlərin qanun layihəsinə heç bir aidiyyəti yoxdur. Xahiş edirəm, müzakirə olunan məsələdən danışın. Sanki çoxunuz ürəyinizi boşaltmaq istəyirsiniz”.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov isə birinci vitse-spikerlə razılaşmayıb: 

“Elə məsələlər var ki, onları sosial şəbəkələrdə, “Facebook”da demək o qədər də səmərəli olmur. Həm də bura Milli Məclisdir, millət vəkilləri onları, xalqı narahat edən məsələləri məhz burada deməlidirlər. Bu, bizim hüququmuzdur”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri