18 
May
2019
08:51
31
69
2478
Virtual karabakh

Tramp Baydenlə bağlı araşdırmalara başlamağı dəstəklədi

18 May, 2019
08:51
2478

Tramp Baydenlə bağlı araşdırmalara başlamağı dəstəklədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp ölkənin sabiq vitse-prezidenti Co Baydenin Çinlə maliyyə əlaqələrinin araşdırılması ideyasını dəstəkləyib. 

Oxu.Az bildirir ki, Tramp belə bir bəyanatla “Fox News” kanalına müsahibəsi zamanı çıxış edib.

“Yüz faiz. Bu, biabrçılıqdır”, - deyə Tramp aparıcının “Çin hökumətinin Baydenin ailə biznesinə milyardlarla dollar yatırım etməyini araşdırmaq lazımdırmı?” sualına cavab verib.

O, Çinin Baydenin ailə biznesinə məhz hansı yatırımlar etdiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək və ölkənin hazırki prezidenti Donald Tramp yenidən namizədliyini irəli sürəcək. Bayden isə öz növbəsində aprelin sonunda prezident seçkilərində iştirak etmək niyyətində olduğunu elan etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri