18 
May
2019
13:49
532
158
20887
Virtual karabakh

Baş nazirin müavinindən əhaliyə şad xəbər: Maaş və pensiyalar artırılacaq

18 May, 2019
13:49
20887

Baş nazirin müavinindən əhaliyə şad xəbər: Maaş və pensiyalar artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı İlham Əliyevin son dövrlərdə imzaladığı sərəncam və fərmanlar əhalinin müxtəlif sosial təbəqələrinin rifahının yüksəlməsinə səbəb olub.

Bundan başqa, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlətinin imkanları yüksəldikcə sosialyönümlü tədbirlər daha da artırılacaq, əməkhaqqı, pensiya və müavinətlərin məbləği qaldırılacaq:

“Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib.

Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb.

Bundan əlavə, məcburi köçkünlər də dövlətimizin daim diqqətindədir. Bu təbəqədən olan insanlar üçün tikilən evlərin sayı yenə də artırılacaq”

K. HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri