21 
May
2019
16:13
298
118
6153
Virtual karabakh

Prezidentin sakinlərlə bugünkü söhbətində maraqlı məqamlar

21 May, 2019
16:13
6153

Prezidentin sakinlərlə bugünkü söhbətində maraqlı məqamlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sabunçu dəmiryolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmiryolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb söhbət edib.

Sabunçu qəsəbəsinin sakini Arazxanım Mərdanova prezidentə dəmiryolu vağzalının açılışı üçün təşəkkür edib və ölkə başçısının xalqın böyük dayağı olduğunu bildirib.

Prezident cavab verib:

“Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir”. 

Ölkə başçısı əhalinin işlərinin necə olduğu ilə maraqlanıb. 

“Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?”, - deyə prezident sual verib.

Sakin Əkbər Hüseynov ona cavabında açılışları hər zaman televiziyadan izlədiyini bildirib:

“Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik.

Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik”.

Prezident öz növbəsində Sabunçu rayonunun yollarının təmiri ilə bağlı işlər görüldüyünü xatırladıb:

“Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri