21 
May
2019
20:26
68
177
3596
Virtual karabakh

Deputat: Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar

21 May, 2019
20:26
3596

Deputat: Elmi dərəcəsini necə aldığı məlum olmayanlar ağzına gələni danışırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Rüfət Quliyev deyib.

Millət vəkili bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib:

“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısı, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”.

Millət vəkili eyni zamanda, cəmiyyətdə bəzi iqtisadi suallara cavab tapılması üçün ekspertlərin televiziyalara çıxmasını təklif edib.

“15 ildir deputatam, 15 ildir də deyirəm.

Danışanda da deyirik ki, TV-lərin bəziləri kommersiyadır, şəxsidir.

Lakin onlara təkliflər olarsa, onlar da geri addım atmaz. İqtisadi bloklarada ekspertlər çıxış etsinlər, sualları cavablandırsınlar. Son 2-3 ayda elmi dərəcəsini necə aldığı məlum olmayan şəxslər efirə çıxıb ağzına gələni danışırlar.

Bu gün sual veriləndə ki, islahatlar effektini göstərir? Deyirəm, bəli, başlayıb. İqtisadiyyatda dəyişikliklər effektini 6 aya, 1 ilə göstərir.

Ekspertlər efirə çıxsalar insanların suallarını cavablandırarlar.

10 gündən bir çıxışlar olsun, suallar cavablandırılısın. Televiziyalara baxanlar çoxdur”- deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri