23 
May
2019
13:06
342
91
12255
Virtual karabakh

Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı

Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman Xalq artisti Ramiz Novruzla həmsöhbət olub.

Görüşdən yayılan fotolarda Prezidentin Xalq artisti ilə səmimi söhbət etdiyini görmək olur.

R.Novruz Oxu.Az-a açıqlamasında bildirib ki, ölkə başçısı ilə görüşü ilə tam təsadüfi alınıb:

“Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik. 

Mənim ağlıma da gəlməzdi ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım məni adımla yanına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik.

Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.

Aktyor qeyd edib ki, dövlət başçısı ilə söhbətində teatrda çalışan gənclərin razılığını ona çatdırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri