23 
May
2019
17:33
110
70
1771
Virtual karabakh

Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

23 May, 2019
17:33
1771

Məmmədyarov çinli həmkarı ilə görüşdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizə rəsmi səfəri çərçivəsində Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ ilə görüşüb.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər hər iki tərəfin bir-birilərinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğulayıblar.

Tərəflər bildiriblər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və  “Bir Kəmər, Bir Yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib.

Bu xüsusda, “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində Trans-Xəzər Nəqliyyat Dəhlizinin vacibliyi bir daha vurğulanıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd edib və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri