24 
May
2019
09:08
21
61
3929
Virtual karabakh

Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

24 May, 2019
09:08
3929

Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı - QAYDALAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları” təsdiqlənib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il fərmanında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 2018-ci il 1 iyun tarixli fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq olunub.

Bu qərarda dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri