24 
May
2019
16:17
25
212
4577
Virtual karabakh

Ziyafət Əsgərov: Onlar əxlaqsızdırlar

24 May, 2019
16:17
4577

Ziyafət Əsgərov: Onlar əxlaqsızdırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müstəqilliyinin ilk illərində avantürist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular.

Oxu.Az xəbər verir ki, bunu birinci vitse-spiker Ziyafət Əsgərov parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşdə deyib. 

Z.Əsgərov bildirib ki, həmin adamlar indi gəlib hakimiyyətə can atır, sosial şəbəkələrdə ağızlarına gələni yazırlar:

“Belə insanlar indi yenidən gəlib Azərbaycana rəhbərlik etmək istəyirlər. Sosial şəbəkələrdə böhtan, təhqir yayırlar. Bunlar əxlaqsız adamlardır, onların hərəkətləri əxlaqsızlıqdır. Düzdür, mən burada bu ifadəni işlətmək istəməzdim, ancaq bunu deməyə məcburam”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri