25 
May
2019
21:03
76
162
1702
Virtual karabakh

Millət vəkili: Azərbaycan-ABŞ münasibətlərinin çox yaxşı perspektivi var

Azərbaycan-ABŞ münasibətlərinin çox yaxşı ənənələri var və bu münasibətlər uzunmüddətli tarixə söykənir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, ABŞ dünyada çox önəmli ölkədir, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biridir.

“Eyni zamanda, Azərbaycan müstəqil ölkə olaraq həyata keçirdiyi xarici siyasət sayəsində öz maraqlarını böyük güc mərkəzlərinin maraqları ilə uzlaşdırmağı bacarıb. Həmçinin, ikitərəfli və çoxtərəfli münasibətlərdə çox böyük nailiyyətlər əldə edilib. Bununla yanaşı, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu kontekstdə də Azərbaycan-ABŞ münasibətlərinin yaxşı olması həm Azərbaycan tərəfi üçün olduqca vacibdir, həm də ABŞ-ın Yaxın Şərq və Asiyaya “açılan qapı” hesab etdiyi Qafqaz regionunda Azərbaycan kimi bir müttəfiqinin olması onun özünün maraqları baxımından əhəmiyyətlidir.

Respublika günü münasibəti ilə ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda da məhz bu məsələlərin öz əksini tapması onu göstərir ki, ABŞ-la Azərbaycanın münasibətlərinin çox yaxşı perspektivləri var. O cümlədən, Azərbaycanın regionda və qlobal miqyasda enerji layihələrində, enerji sahəsində oynadığı rol yüksək qiymətləndirilir. Bu baxımdan, düşünürəm ki, münasibətlərin bu şəkildə olması hər iki ölkənin maraqlarına cavab verir və ABŞ prezidentinin təbrik məktubunda bu məqamların təkrarən öz əksini tapması önümüzdəki perspektivdə münasibətlərin daha da inkişaf etməsi üçün əsaslardan biri olacaq”, - deyə millət vəkili vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri