26 
May
2019
00:29
188
48
15453
Virtual karabakh

Gürcüstan XİN-dən “Keşikçidağ”la bağlı vacib bəyanat

26 May, 2019
00:29
15453

Gürcüstan XİN-dən “Keşikçidağ”la bağlı vacib bəyanat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

David Qareci (Keşikçidağ) yaxınlığında mühəndis işləri aparılan ərazi Azərbaycanın sərhədləri daxilindədir.

ONA xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.  

O bildirib ki, işlərin aparıldığı ərazi mübahisəli zonaya daxil deyil və Azərbaycanın sərhədləri daxilindədir.

Xatırladaq ki, aprelin 25-də Gürcüstan tərəfi Azərbaycan sərhədçilərinin Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumat yaymışdı.

Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq bəyan edib ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri