26 
May
2019
05:53
107
15
2024
Virtual karabakh

Litvada prezident seçilir

26 May, 2019
05:53
2024

Litvada prezident seçilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litvada bu gün prezident seçkilərinin ikinci turu keçiriləcək. Prezident seçkilərinin ikinci turu heç bir namizəd qələbə üçün labüd 50% səsi toplaya bilmədiyinə görə birinci mərhələdən iki həftə sonra keçirilir.

Oxu.Az bildirir ki, ikinci mərhələyə sabiq maliyyə naziri İnqrida Şimonite və 54 yaşlı iqtisadçı Gitanas Nauseda keçib. Onlar müvafiq olaraq 31,12% və 30,94% səs toplaya biliblər.

Qeyd edək ki, Litvanın indiki prezidenti Dalya Qribauskayte artıq ikinci müddətdir ki, dövlət başçısı vəzifəsini icra etdiyi üçün namizədliyini irəli sürə bilmir.

Seçki məntəqələri yerli vaxtla 07:00-dan 20:00-dək açıq olacaq. 

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri