26 
May
2019
10:12
95
108
4046
Virtual karabakh

Əməkdar artist: Bu, bütövlükdə teatr sənətinə verilən qiymətdir

26 May, 2019
10:12
4046

Əməkdar artist: Bu, bütövlükdə teatr sənətinə verilən qiymətdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mənə verilən bu yüksək fəxri ad mənim uzun illərdən bəri yaradıcılığıma, sənətimə verilən böyük qiymət və dəyərdir.

Bunu Oxu.Az-a açıqlamasında tanınmış sənətçi, Əməkdar artist Nadir Xasıyev deyib.

“35 ildən artıqdır peşəkar səhnədəyəm, onlarla tamaşalarda baş rollarda ifaçı olmuşam və təbii bu, təkcə mənim sənətimə verilən qiymət deyil, eyni zamanda bizim - Azərbaycan Dövlət Akademik Musiqili Teatrına verilən bir qiymətdir, bütövlükdə Azərbaycan teatr sənətinə olan diqqət və qayğının nəticəsidir, təzahürüdür” deyən Əməkdar artistin sözlərinə görə, bu, həm də ölkə prezidenti tərəfindən teatra, sənət adamlarına böyük bir mənəvi dəstəkdir.

“Eyni zamanda, heç kimə sirr deyil ki, son illərdə bütövlükdə bizim mədəniyyətimizdə, teatr sənətində çox böyük inkişaf var. Çünki ölkə başçımız tərəfindən teatrların maddi-texniki bazasının yüksəldilməsi, eyni zamanda, aktyorların maddi-rifah halının yüksəlməsi baxımından onlara fəxri adların, təqaüdlərin, mükafatların verilməsi bütövlükdə yaradıcı mühitin daha da genişlənməsi, Azərbaycan çağdaş teatr sənətinin yüksəlişi deməkdir. Mən bir daha məlum sərəncama, mənə verilən bu yüksək ada görə prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, N. Xasıyev 1961-ci ilin 24 dekabr tarixində Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub. N.Xasıyev “Subaylarınızdan görəsiniz”də Fəqan, “Qızıl toy”da Azər, “50 yaşında cavan”da Qulu, “O olmasın, bu olsun”da Sərvər, “Nəğməli Könül”də Ramazan, “Hərənin öz ulduzu”nda Əlibala, “Səhnədə məhəbbət”də Rüstəm, “Hələlik”də Mürsəl və başqa rollar, obrazlar yaradıb. 1997-ci ildə “Aparıcı səhnə ustası” kateqoriyasına layiq görülüb.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri