26 
May
2019
14:32
27
375
9016
Virtual karabakh

Zurabişvili Azərbaycanla münasibətlərdən danışdı

26 May, 2019
14:32
9016

Zurabişvili Azərbaycanla münasibətlərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

Report” xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: “Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimizə və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpasını alqışladığını qeyd edib: “Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri