İyn
2019
20:36
199
73
3278
Virtual karabakh

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

5 İyn, 2019
20:36
3278

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan əvvəl MDB iştirakçı-dövlətlərin müdafiə nazirləri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, qəhrəmanların xatirəsini yad ediblər.

İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri və qarşıda duran məsələlər müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri