İyn
2019
18:41
74
45
3369
Virtual karabakh

UNESCO-dakı seçkilərdə Azərbaycanla bağlı mühüm nəticə

9 İyn, 2019
18:41
3369

UNESCO-dakı seçkilərdə Azərbaycanla bağlı mühüm nəticə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə UNESCO-nun baş qərargahında “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın sonuncu günündə 2019-2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər baş tutub.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

Konfransda ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri