11 
İyn
2019
16:19
91
101
2024
yuxarı
Gürcüstanın Müdafiə naziri Qəbələdə
11 İyn, 2019
16:19
2024
91
101
Gürcüstanın Müdafiə naziri Qəbələdə
Gürcüstanın Müdafiə naziri Levan İzoriyanın Azərbaycana səfəri başlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
L.İzoriya Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələyə səfərə gəlib.
Qeyd edək ki, Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri L.İzoriya arasında üçtərəfli görüş iyunun 12-də Qəbələdə keçiriləcək.