11 
İyn
2019
18:11
172
92
4141
Virtual karabakh

İlham Əliyev Putinə məktub ünvanladı

11 İyn, 2019
18:11
4141

İlham Əliyev Putinə məktub ünvanladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnini AZƏRTAC dərc edib.

“Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rusiyanı ənənəvi sıx dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri bağlayır. Sevindirici haldır ki, xalqlarımızın iradəsini əyani şəkildə ifadə edən bu münasibətlər indi strateji tərəfdaşlıq xarakteri kəsb edir. Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə qarşılıqlı fəaliyyəti xüsusi məmnunluq doğurur.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında hərtərəfli və çoxplanlı əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara sülh və firavanlıq arzu edirəm”, - deyə məktubda bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri