12 
İyn
2019
12:38
206
27
1501
Virtual karabakh

Almaniyalı deputat: Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır

12 İyn, 2019
12:38
1501

Almaniyalı deputat: Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik.

Oxu.Az xəbər verir ki, bunu Almaniya Bundestqanın vitse-prezidenti Tomas Operman Bakıda keçirilən konfransda deyib.

O, Almaniya Federativ Respublikasının münaqişənin həlli üçün əlindən gələni etdiyini və müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazım olduğunu əlavə edib:

“Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək”.

Almaniyalı deputat xatırladıb ki, Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Almaniyanın Qafqazda maraqlı tərəfdaşının Azərbaycan olduğunu deyən deputatın sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri