12 
İyn
2019
14:19
31
205
2422
Virtual karabakh

Bahar Muradova: Silahlar bizdən çox danışır

12 İyn, 2019
14:19
2422

Bahar Muradova: Silahlar bizdən çox danışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir.

Oxu.Az xəbər verir ki, bunu bu gün Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən kofransda bildirib.

“Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfessiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir”, - deyən B.Muradovanın sözlərinə görə,  hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır.

“Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil.

Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər.

Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir”, - deyə o əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri