12 
İyn
2019
16:39
593
22
3845
Virtual karabakh

Fransa separatçı Qarabağla bütün əlaqələri kəsir - Daha dörd “saziş” ləğv edildi

12 İyn, 2019
16:39
3845

Fransa separatçı Qarabağla bütün əlaqələri kəsir - Daha dörd “saziş” ləğv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı Xocavənd rayonunun separatçıları arasında 22 oktyabr 2018-ci ildə imzalanmış qeyri-qanuni “saziş”i ləğv etməsindən sonra Qrenobl inzibati məhkəməsi də analoji qərar qəbul edib.

Fransa mətbuatı yazır ki, Qrenobl məhkəməsi Fransa bələdiyyələri ilə Dağlıq Qarabağın separatçı nümayəndələri arasında imzalanmış daha dörd “Dostluq haqqında xartiya”nın ləğvi barədə qərar verib.

Buna səbəb kimi həmin sənədlərin Fransanın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyi və heç bir qüvvəsi olmadığı göstərilir.

Qeyd edək ki, rəsmi Bakı Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvil şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair cari ilin 29 may tarixli qərarını alqışlayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri