14 
İyn
2019
12:01
120
83
2248
Virtual karabakh

Britaniya hərbi orkestrinin Bakıda çıxışı - VİDEO

14 İyn, 2019
12:01
2248

Britaniya hərbi orkestrinin Bakıda çıxışı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 13-də Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts və digər şəxslər izləyiblər.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Qeyd edək ki, bu, “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycana növbəti səfəridir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri