14 
İyn
2019
15:27
35
130
3394
Virtual karabakh

Rəsmi Bakıdan Ermənistana cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatını şərh edib.

Bildirilir ki, həmin bəyanatda qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır:

“Təəccüblüdür, Ermənistan Müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!

Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır.

Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri