15 
İyn
2019
12:42
29
146
2390
Virtual karabakh

Rəsmi Bakı: Ermənistan mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

15 İyn, 2019
12:42
2390

Rəsmi Bakı: Ermənistan mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Ermənistan Müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirənləri şəxsən mükafatlandırması ilə bağlı Oxu.Az-ın sorğusuna cavabda qeyd edilib.

Bildirilib ki, bu hərəkətlə Ermənistan təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir:

“Ermənistan elə özü münaqişənin guya “Azərbaycanla Dağlıq Qarabağ arasında olması” rəvayətini yox edir. Bu ölkənin Müdafiə nazirinin son hərəkətləri Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır.

Münaqişənin həlli üzrə danışıqların mövzusuna gəldikdə, hər zaman qeyd etmişik və bir daha təkrar etmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir.

ATƏT-in Minsk qrupunun 9 mart 2019-cu il tarixli bəyanatında müzakirələrin əsas prinsip və elementlərinə aydınlıq gətirilir. Əlbəttə, danışıqlar eyni çərçivədə və mövcud zəmin əsasında davam etdirilməlidir.

Bundan öncəki görüşlərdə əldə edilmiş razılıqların, xüsusilə də Minsk qrupunun həmsədrlərinin təklif etdiyi kimi iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində səylər davam etdirilməlidir, çünki bu, prosesin irəli aparılması baxımından vacibdir”.

Nazirlik belə bir şəraitdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin qarşıdan gələn Vaşinqtonda baş tutacaq görüşünə də aydınlıq gətirib:

“Vaşinqton görüşündən gözləntiyə gəldikdə isə, hər bir görüşdən gözlənti, əlbəttə, substantiv danışıqlarla prosesin irəli aparılmasıdır. Xarici İşlər nazirlərinin Moskva görüşünün davamı olaraq, Vaşinqton görüşündə ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər.

Həmçinin, fikrimizcə, Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır. Yalnız aydın mövqe, qətiyyət və siyasi iradə münaqişənin Ermənistan tərəfinin hər zaman dediyi kimi, “eksklüziv olaraq sülh yolu ilə həllinə” töhfə verə bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri