18 
İyn
2019
16:25
17
233
8488
Virtual karabakh

Fuad Abbasov həbsinin səbəblərini açıqladı - AUDİO

18 İyn, 2019
16:25
8488

Fuad Abbasov həbsinin səbəblərini açıqladı - AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun audioyazısı yayımlanıb.

Səs yazısı F.Abbasova məxsus “Facebook” hesabında yerləşdirilib. 

Yazıda F.Abbasov həbs olunma səbəblərini açıqlayıb. O bildirib ki, həbsinin Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur.

Jurnalist həbsində əsas səbəb kimi azərbaycanlıların Rusiyada hüquqlarının pozulmasını göstərib.

F.Abbasov qeyd edib ki, onun saxlanmasının əsas səbəbini jurnalist Maksim Şevçenko səsləndirib.

Jurnalist əlavə edib ki, burada məqsəd Rusiya kanallarında yeganə azərbaycanlının, eyni zamanda, türkiyəli qardaşlarımızın səsini boğmaqdır.

Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan edib. 

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Fuad Abbasovla bağlı məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir. 

Bundan başqa, iyunun 11-də yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri