19 
İyn
2019
11:00
568
295
15293
Virtual karabakh

Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib - RƏZALƏT

“Palmali” şirkətinin müflisləşmiş rəhbəri Mübariz Mənsimov 1998-ci ildə istehsal olunmuş və hazırda 21 yaşı olan “ADRIATIC MARINER” adlı tanker gəmisinin adını “MAMMAD AMIN RASULZADEH” olaraq dəyişdirib.

Mənsimov bir müddət öncə Məmməd Əmin Rəsulzadənin şərəfinə yeni gəmi inşa etdiyini bəyan edərək, tezliklə gəminin dünya sularına salınacağını qeyd etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin adının bir gəmiyə verilməsini, əlbəttə, özlüyündə böyük nəzakət hesab etmək olardı. Lakin burada həm maraqlı, həm də qəribə bir məqam var. “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov ötən ay açıqlamasında “Yeni inşa edəcəyimiz gəmilərə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən bir gəmisinin adını dəyişdirib Rəsulzadənin adını verməsi ilə özünü ifşa etdi. Həmin gəmi bir çox ölkələrin qara siyahısındadır və sabah o gəmi hansısa ölkə sularında saxlanıldıqda Mənsimov hay-həşir qoparacaq ki, gəmini adına görə saxlayıblar.

Mənsimov ictimaiyyət arasında nüfuza malik şəxsiyyətlərin, qəhrəmanların, dövlət xadimlərinin adından istifadə edərək öz “dahi” əməllərini həyata keçirir, bir daşla iki quş vurduğunu düşünür. Simasını büruzə verdikdən sonra dənizçilik sektorunda da əlindəki müştəriləri bir-bir itirən keçmiş biznesmen indi həm də siyasi xəyallar qurmağa başlayıb. Azərbaycan əsilli Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoil” şirkətinə qarşı dələduzluğunun üstü açıldıqdan və Mənsimov Ələkbərovun onu bu səhvlərinə görə bağışlamayacağını gördükdən sonra ümidini sosial şəbəkələrə bağlayır.

Heç kimə sirr deyil ki, “Palmali” şirkəti SOCAR və “Lukoil” şirkətlərinin sifarişləri və biznes tərəfdaşlığı hesabına böyüyüb nüfuzlu şirkətə çevrilmişdi. Biznes tərəfdaşlıqlarındakı dələduzluğuna görə, necə deyərlər, “yediyi qaba tüpürən” Mənsimov əldə etdiklərini də itirməyə məcbur qalır. Ardıcıl olaraq SOCAR və “Lukoil” şirkətləri “Palmali” ilə bütün biznes tərəfdaşlığına son qoyur. SOCAR borcları müqabilində “Suezmax” tipli gəmilərlə yanaşı, “Palmali” şirkətinin əlindəki yüksək tonnajlı gəmilərə əl qoyur. “Sberbank”ın krediti ilə alınan çay tankerləri və kiçik tonnajlı gəmilər “Palmali”də qalır.

Vurğulayaq ki, “Sberbank” “Palmali” şirkətinin nəzarətində qalan gəmilərin hamısına həbs qoyub. Mənsimov isə biznesinin çöküşündən sonra Azərbaycan xalqının və Türk dünyasının rəğbət bəslədiyi şəxslərin adından sui-istifadə edərək özünə çıxış yolu axtarır.

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin adını gəmiyə verməsi Türkiyədəki millətçilərin, daha dəqiq ifadə etsək, “Ülkücü” kəsimin dəstəyini almaq üçün yeni oyunudur. O, bu vasitə ilə Azərbaycan siyasi elitasına təzyiq göstərəcəyinə ümid edir. Necə olur ki, 20 ildir Elçibəyi yadına salmayan Mənsimov birdən-birə onun adını hansısa gəmisinə vermək qərarına gəldi?

Digər tərəfdən, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin, Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi Azərbaycan xalqına lütf yox, xəyanət və məsuliyyətsizlikdir.

SOCAR Azərbaycanın dövlət şirkətidir və Mənsimovun oradan oğurladığı pullar Azərbaycan dövlətinindir, xalqınındır. İndi bu pulları geri ödəməmək üçün Mənsimov hər yola əl atır. Sosial şəbəkələrdə, yaxud muzdlu jurnalistlər vasitəsilə dövlət rəsmilərini təhdid edir, özünü Azərbaycan üçün canıyanan göstərərək, hadisələrdən məlumatsız şəxsləri səhv yönləndirərək, özünü haqlı göstərməyə çalışır. Borcları qarşılığında sabah məhkəmələrin verəcəyi qərarı siyasiləşdirmək üçün siyasi çıxışlar edir.

Uzağa getməyək. Bəs Mənsimov beş-on il öncə harada idi? İndi Mənsimova bir sual vermək istəyirik.

Həmin dövrdə - 2015-ci ildə Ukrayna parlamentinin deputatı Qeraşenko Anton Yurşoviç “Palmali” şirkətinə aid “ADRIATIC MARINER” adlı tankerin neft qaçaqmalçılığı etdiyi iddiası ilə çıxış etmişdi.

Onun həmin hadisə ilə bağlı cinayət işinin açılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Valentin Nalyvaiçenko, Ukraynanın Baş prokuroru Viktor Şokin və Ukrayna parlamentarilərinə müraciəti var, bu gəmi Ukraynanın və bəzi ölkələrin qara siyahısındadır.

Mübariz Mənsimov adı qara siyahıya salınmış 21 illik köhnə gəminin boyasını yeniləyərək, üstəlik, Rəsulzadənin adını verərək, Məmməd Əmin Rəsulzadənin adını əbədiləşdirir, yoxsa onun ruhuna və Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik edir?

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri