24 
İyn
2019
12:11
263
64
7717
Virtual karabakh

İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ

24 İyn, 2019
12:11
7717

İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ bilir ki, İran öz hava məkanının pozulmasının qarşısını sərt şəkildə almaq iqtidarındadır.

Lenta.ru-nun xəbərinə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Xanzadi deyib.

Onun sözlərinə görə, ABŞ ən ağıllı və ən təkmil patrul təyyarəsini qadağan olunmuş zonaya göndərib:

“Hamı gördü ki, həmin pilotsuz uçuş aparatı dayandırıldı və biz bunu dəfələrlə təkrar edə biləcəyimizi deyirik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaları açıqlayacaq. Növbəti sanksiyalar PUA-nın vurulmasına və Hörmüz boğazında iki tankerə hücuma cavab olaraq tətbiq ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri