24 
İyn
2019
12:44
167
85
1639
Virtual karabakh

BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

24 İyn, 2019
12:44
1639

BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

Oxu.Az-ın məlumatına görə, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycan xalqına BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsinə dəstək verdiyinə və qonaqpərvərliyinə görə dərin minnətdarlığımı bildiririb:

“Bu gün Azərbaycanda olduğuma görə özümü məmnun hiss edirəm. Bu forum sahəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sahəsində Azərbaycanın “ASAN xidmət” modeli daxil olmaqla, ən optimal təcrübələri digər ölkələrlə bölüşürük”.

“BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və BMT olaraq Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, - L.Zenmin qeyd edib.

İlhamə Əbülfət

Billurə Mikayıllı, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri