27 
İyn
2019
12:35
28
270
1939
Virtual karabakh

Deputat: Partiyalara ayrılan vəsait artırılmalıdır

27 İyn, 2019
12:35
1939

Deputat: Partiyalara ayrılan vəsait artırılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyasi partiyalara ayrılan vəsait artırılmalıdır.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2019-cu ilin dövlət büdcəsi haqqında” və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin birinci oxunuşlarda müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib.

T.Kərimli bir neçə partiyanın adından hökumətə və parlament rəhbərliyinə müraciət edib.

O qeyd edib ki, qarşıda növbəti bələdiyyə seçkiləri gəlir, ona görə də partiyaların gücləndirilməsi, onlara ayrılan dövlət vəsaitinin artırılması zəruridir.

Deputat, həmçinin ölkədə proporsional seçki sisteminə qayıdış məsələsinin gündəmə gətirilməsinin vacibliyini söyləyib.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri