27 
İyn
2019
13:25
25
410
2738
Virtual karabakh

Sabiq deputatların da pensiyası artırıla bilər

27 İyn, 2019
13:25
2738

Sabiq deputatların da pensiyası artırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında sabiq deputatların pensiyasının artırılmasını təklif edib.

Oxu.Az-ın məlumatına görə, F.Ağamalı sabiq deputatların ona müraciət ünvanladığını deyib:

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”.

O, dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri