27 
İyn
2019
15:42
35
223
9337
Virtual karabakh

Spiker millət vəkilinə “ilişdi”

27 İyn, 2019
15:42
9337

Spiker millət vəkilinə “ilişdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqrar sığorta ilə bağlı qanun layihəsində əməlli-başlı dəyişiklik var. Birinci oxunuşla üçüncü oxunuş arasında fərq həddindən artıq çoxdur. Ona görə istərdim ki, lombardlarla bağlı sənəddə də bu fərqi görək, təkliflərimiz, iradlarımız nəzərə alınsın.

Oxu.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Əli Məsimli “Lombardlar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

“Arzumuz, istəyimiz odur ki, mükəmməl bir qanun layihəsi olsun”, - deyə millət vəkili əlavə edib.

Spiker Oqtay Əsədov isə millət vəkilinə yarıciddi, yarızarafat belə cavab verib:

“Qanun layihəsi sizin komitənindir. Hazırlayın, mükəmməl olsun”.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri