10 
İyl
2019
16:25
161
28
2297
Virtual karabakh

Səfir: Azərbaycan və Türkiyə ticarət sazişi imzalayacaqlar

10 İyl, 2019
16:25
2297

Səfir: Azərbaycan və Türkiyə ticarət sazişi imzalayacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının növbəti iclası 2019-cu ilin sonunadək baş tutacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, tərəflər hazırda görüşün keçirilmə tarixini razılaşdırırlar:

“Azərbaycan tərəfindən hökumətlərarası komissiyaya Baş nazir, Türkiyə tərəfindən isə ölkənin vitse-prezidenti başçılıq edir”.

Diplomat qeyd edib ki, Bakı və Ankara hazırda preferensial ticarət haqqında ikitərəfli sazişi imzalamaq üçün hazırlayır:

“Bu sənəd bizə ticarət əməkdaşlığını daha da gücləndirməyə imkan verəcək”.

X.İbrahim Bakı və Ankaranın müxtəlif sahələrdə - siyasi, hərbi, hərbi-sənaye, təhsil, mədəniyyət - qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib:

“Dövlətlərimiz arasında çox sıx və etibarlı münasibətlər mövcuddur. Diasporlarımız beynəlxalq arenada çox sıx əməkdaşlıq edirlər. Qarşılıqlı əmtəə dövriyyəsinin göstəriciləri ildən-ilə artır. Bununla belə, ölkələrimizin mövcud iqtisadi potensialları daha yüksək göstəricilərə nail olmağa imkan verir”.

Səfirin sözlərinə görə, Bakı və Ankara hərbi və hərbi-sənaye sahələrində əməkdaşlığın inkişafına önəm verir:

“Fikrimcə, hərbi sahədə sıx əməkdaşlığın parlaq nümunələrindən biri Azərbaycan Müdafiə nazirinin və bütün güc və hərbi-sənaye strukturları nümayəndələrinin İstanbulda iri beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmələridir”.

Təhsil sahəsində əməkdaşlığa toxunan X.İbrahim diqqətə çatdırıb ki, hazırda 20 mindən çox azərbaycanlı tələbə Türkiyənin ali məktəblərində təhsil alır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi 3,4 milyard dollardan çox olub, bu da 2017-ci illə müqayisədə 28 faiz çoxdur.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri