11 
İyl
2019
16:26
49
192
1635
Virtual karabakh

Elin Süleymanov: Ağ Ev və Kreml Azərbaycanı sabitlik lövbəri hesab edir

Ağ Ev və Kreml Azərbaycanı mürəkkəb bölgədə sabitlik lövbəri hesab edir və Bakını konfrontasiya deyil, dialoqun aparılması üçün platforma kimi qəbul edir.

Bunu Oxu.Az-a Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uoltersin başçılıq etdikləri nümayəndə heyətləri arasında baş tutmuş danışıqları şərh edərkən deyib.

“Fikrimcə, bu, indiki mərhələdə Azərbaycan rəhbərliyinin ölçülüb-biçilmiş və çox düşünülmüş siyasətinin nəticəsidir. İlk növbədə söhbət əlbəttə ki, Prezident İlham Əliyevin təkcə çoxvektorlu deyil, həm də Azərbaycanı Avrasiya regionunun bir növ Cenevrəsinə çevirən siyasətin yürüdülməsindəki rolundan gedir. Yəni prinsipcə bütün tərəflər, indiki halda ABŞ və Rusiya  Azərbaycana etimad və hörmətlə yanaşır və Bakıda yüksək səviyyəli görüşlərin keçirilməsində heç bir problem görmürlər” , - diplomat bildirib.

Onun sözlərinə görə, söhbət təkcə hərbçilərin görüşlərindən deyil, həm də mədəniyyətlərarası dialoq üzrə tədbirlərdən gedir:

“Bu, çox pozitiv inkişafdır. Nə üçün vacibdir? Çünki bu, öz növbəsində, bütün tərəflərin sabitlik lövbərinin dəyişməz olaraq qalmaqda davam etməsinə marağını artırır. Bu maraq təkcə Azərbaycanın coğrafi koordinatları ilə deyil, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətlə bağlıdır”.

Səfir qeyd edib ki, Bakı və Vaşinqton arasında münasibətlər həmişə strateji xarakter daşıyıb və daşıyır:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Maraqlar dəyişmir. ABŞ administrasiyası Bakı ilə kifayət qədər konstruktiv və uzunmüddətli ikitərəfli əlaqələrə köklənib”.

E.Süleymanov əlavə edib ki, ikitərəfli münasibətlərin müsbət inkişaf dinamikası bu gün də müşahidə olunur:

“Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Tramp dəfələrlə məktub mübadiləsi aparıblar. Məktublarda çox vacib məqamlar qeyd edilib, əməkdaşlıq, enerji layihələrinin dəstəklənməsi, Azərbaycanın strateji rolu, Amerika tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda sülh yolu ilə həllinə nail olmağa can atması vurğulanıbv.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri