16 
İyl
2019
12:04
176
45
2424
Virtual karabakh

Azərbaycanda ordu oyunları keçiriləcək

“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Azərbaycanda Dəniz Kuboku keçiriləcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bakıda keçiriləcək Dəniz Kubokunda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin ekipajları iştirak edəcəklər.

Dörd Xəzəryanı ölkənin nümayəndələri 2019-cu il 3-17 avqust tarixlərində yarışacaqlar.

Qeyd olunur ki, beynəlxalq oyunlar çərçivəsində 10 ölkənin (Azərbaycan, Rusiya, İran, Hindistan, Çin, Qazaxıstan və digər ölkələr) ərazisində 32 müsabiqə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri